24 avqust 2026. Bazar ertəsi

“Fərqli xüsusiyyətlərə malik hücumçu lazımdır”


“Fərqli xüsusiyyətlərə malik hücumçu lazımdır”

“Yuventus”un baş məşqçisi Luçano Spalletti İtaliya çempionatının ilk turunda “Frozinone” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının meydanda öz oyun kimliyini göstərdiyini, lakin bəzi epizodlarda kifayət qədər qətiyyətli davranmadığını bildirib.

“İstərdim ki, komandamız öz oyun kimliyinə sahib olduğunu göstərsin. Bunu nümayiş etdirdik, amma bəzi məqamlarda həddindən artıq rahat oynayırıq və lazımi qətiyyət bizə çatmır. Bunun üzərində işləməliyik”

Baş məşqçi “Frozinone”nin güclü komanda olduğunu da vurğulayıb:

“Frozinone” güclü komandadır. Onların məşqçisi futbolçularına istənilən rəqibə qarşı sona qədər mübarizə aparmalı olduqlarına inam aşılayıb. Onlar üçün oyuna nəzarət etməkdənsə, qol vurmaq daha asandır, çünki fərdi mübarizə aparırlar.

Əgər rəqibin nəzarətindən çıxa bilsən, azadlıq yaranır. Hər şey azad olmaq, yoxsa əsir qalmaq istəməyindən asılıdır. Bəzən azad olduğumuz halda belə əsir olmağı seçirik”.

Spalletti mümkün yeni hücumçu transferi ilə bağlı da danışıb:

“Yeni hücumçu? Fərqli xüsusiyyətlərə malik biri lazımdır. Bu gün meydanda hətta həddindən artıq boşluq var idi, amma biz bundan istifadə edə bilmədik. Rəqib müdafiəyə qapandıqda isə başla qol vurmaq daha asandır”.

Qeyd edək ki, “Yuventus” növbəti oyununu avqustun 29-da “Parma”ya qarşı keçirəcək.







İtaliya S.A.