- İtaliya S.A.
- 00:51 24.08.2026
İtaliya A Seriyasının 2026/27 mövsümünün ilk turunda “Torino” və “Milan” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, avqustun 23-də keçirilən qarşılaşmada “Milan” 2:1 hesabı ilə qalib gəlib.
Ruben Amorimin rəhbərlik etdiyi “Torino” matçın favoriti hesab olunsa da, ilk hissədə üstünlüyünü qola çevirə bilməyib. Fasilədən sonra isə “Milan” hesabı açıb.
Qarşılaşmanın 65-ci dəqiqəsində Adrien Rabyo Alfaco Siseyə məhsuldar ötürmə verib. Sise dəqiq zərbə ilə topu tora göndərərək “Milan”ı önə keçirib.
“Torino” müdafiəçiləri ilk qoldan sonra özlərinə gəlməyə macal tapmamış ikinci dəfə məyus olublar. Bu dəfə Rabyo fərqlənib. Fransalı futbolçunun qolunda assisti Samu Çukveze edib.
Matçın sonlarına yaxın “Torino” Çe Adamsın qolu ilə fərqi azaldıb. Lakin “Milan” hesabı qoruyaraq mövsümə səfər qələbəsi ilə başlayıb.