- İtaliya S.A.
- 00:51 24.08.2026
İtaliya A Seriyasının ilk turunda “Atalanta” doğma meydanda “Sassuolo”nu qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Bergamo təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edərək mövsümə 3 xalla başlayıb.
“Atalanta” artıq 6-cı dəqiqədə hesabı açıb. Canluka Qaetano məhsuldar ötürmə ilə Cakomo Raspadorini qolla təmin edib. İlk hissə meydan sahiblərinin minimal üstünlüyü ilə başa çatıb.
İkinci hissədə “Sassuolo” hesabı bərabərləşdirmək üçün fəallığını artırıb və nəticədə istəyinə çatıb. Kas Odental fərqlənərək hesabı 1:1 edib.
Lakin “Atalanta”nın cavabı gecikməyib. Qarşılaşmanın 65-ci dəqiqəsində Nikola Krstoviç “Sassuolo”nun qapısına yol taparaq komandasına qələbə qazandıran qola imza atıb.
Beləliklə, “Atalanta” A Seriyasının yeni mövsümünə doğma meydanda qələbə ilə başlayıb.