25 avqust 2026. Çərşənbə axşamı

“Latsio” səfərdə “Bolonya”nı məğlub etdi


“Latsio” səfərdə “Bolonya”nı məğlub etdi

 İtaliya A Seriyasının ilk turunda “Bolonya” doğma meydanda “Latsio”nu qəbul edib.

 90deqiqe.Az-ın məlumatına görə, görüşün ilk hissəsində hesab açılmayıb. Tərəflərin bir neçə təhlükəli epizodu olsa da, fasiləyə qədər qapılara qol vurulmayıb.

Matçın taleyi ikinci hissədə həll olunub. Qarşılaşmanın 59-cu dəqiqəsində Bulaye Dia-nın ötürməsindən sonra Davide Frattesi topu “Bolonya”nın qapısından keçirərək “Latsio”nu hesabda önə çıxarıb.

Qalan dəqiqələrdə “Bolonya” hesabı bərabərləşdirmək üçün cəhdlər göstərsə də, “Latsio” müdafiədə inamlı oynayaraq minimal üstünlüyünü qoruyub və mövsümə qələbə ilə başlayıb.

Qeyd edək ki, “Bolonya” ötən mövsüm “Latsio”ya qarşı keçirdiyi iki oyunun heç birində qalib gələ bilməyib. Komanda evdə paytaxt təmsilçisinə məğlub olub, Romada keçirilən görüş isə heç-heçə başa çatıb.







İtaliya S.A.