9 oktyabr 2026. Cümə

“Roma” mövsümə darmadağınla başladı


“Roma” mövsümə darmadağınla başladı

İtaliya A Seriyasının 2026/2027 mövsümünün ilk turunda “Roma” doğma meydanda “Fiorentina” ilə qarşılaşıb.

 90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi rəqibini böyük hesabla məğlub edib – 4:0. Matçın əsas qəhrəmanı isə het-trik edən Donyell Malen olub.

Bu qələbə sayəsində “Roma” ilk turu top fərqinə görə turnir cədvəlinin lideri kimi başa vurub.

Qeyd edək ki, Malen A Seriyasında keçirdiyi 19 oyunda 17 qol vurub. “Opta”nın məlumatına görə, niderlandlı hücumçu “Roma”nın heyətində eyni sayda matç keçirən futbolçular arasında bu müddətdə ən yüksək qol göstəricisinə sahib olub.

A Seriyasının ikinci turunda “Roma” səfərdə “Leççe” ilə qarşılaşacaq. “Fiorentina” isə doğma meydanda “Frozinone”ni qəbul edəcək.







İtaliya S.A.

“Amorimə güvənirəm”
  • İtaliya S.A.
  • 20:07 08.10.2026
“Amorimə güvənirəm”