29 avqust 2026. Şənbə

“İnter”in baş məşqçisi Lautaro Martines barədə danışdı -


“İnter”in baş məşqçisi Lautaro Martines barədə danışdı  -

“İnter” klubunun baş məşqçisi Kristian Kivu komandanın kapitanı Lautaro Martinesin gələcək planları ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis argentinalı hücumçunun klub üçün əhəmiyyətini vurğulayıb. Onun sözləri futbolçunun “Barselona”ya mümkün transferi ilə bağlı yayılan xəbərlər və DÇ finalında İspaniyaya məğlubiyyətin yaratdığı məyusluq fonunda diqqət çəkib.

“Lautaronun əzmlə dolu olduğunu və lazımi ambisiyalara sahib olduğunu gördüm. İspaniyaya qarşı dünya çempionatının finalında məğlub olmasına baxmayaraq, o, mümkün qədər tez bizə qoşulmağa çalışdı və “Pinetina”ya gözləniləndən əvvəl qayıtdı. Düşünürəm ki, Lautaro qarşıda duran vacib mövsümə hazırdır”, – deyə Kivunun sözlərini “derbyderbyderby.it” nəşri sitat gətirib.

Qeyd edək ki, Lautaro Martines 2018-ci ildən “İnter”in formasını geyinir.







İtaliya S.A.

“Milan”dan ardıcıl ikinci qələbə
  • İtaliya S.A.
  • 00:57 29.08.2026
“Milan”dan ardıcıl ikinci qələbə
 “O, bizim üçün vacib oyunçudur”
  • İtaliya S.A.
  • 00:54 29.08.2026
“O, bizim üçün vacib oyunçudur”