29 avqust 2026. Şənbə

“O, bizim üçün vacib oyunçudur”


 “O, bizim üçün vacib oyunçudur”

“İnter” klubunun baş məşqçisi Kristian Kivu komandanın gənc futbolçusu Françesko Pio Esposito barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis 20 yaşlı hücumçunun komandadakı rolunu yüksək qiymətləndirib və əsas heyətdə heç kimin yerinin zəmanətli olmadığını bildirib.

“Komandamızda əsas heyətin daimi üzvləri yoxdur. Bizim üçün əsas məsələ heyətin rəqabət qabiliyyətini yüksək səviyyədə saxlamaqdır. Pio Esposito həm komandaya münasibəti, həm məşqlərdə göstərdiyi performans, həm də meydanda ortaya qoyduğu oyun baxımından vacib futbolçudur”, – deyə Kivunun sözlərini “derbyderbyderby.it” nəşri sitat gətirib.

Qeyd edək ki, “İnter” yeni mövsümə İtaliya çempionu statusunda başlayıb. Milan təmsilçisi A Seriyasının ilk turunda “Montsa”nı 4:1 hesabı ilə məğlub edib.







İtaliya S.A.

“Milan”dan ardıcıl ikinci qələbə
  • İtaliya S.A.
  • 00:57 29.08.2026
“Milan”dan ardıcıl ikinci qələbə
 “O, bizim üçün vacib oyunçudur”
  • İtaliya S.A.
  • 00:54 29.08.2026
“O, bizim üçün vacib oyunçudur”