29 avqust 2026. Şənbə

“Milan”dan ardıcıl ikinci qələbə


“Milan”dan ardıcıl ikinci qələbə

İtaliya çempionatının 2026/27 mövsümünün 2-ci turunda “Milan” doğma meydanda “Venesia” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, Rubеn Amorimin rəhbərlik etdiyi komanda matçın favoriti sayılsa da, ilk hissədə rəqib qapısına yol tapa bilməyib.

“Rossoneri” yalnız 69-cu dəqiqədə hesabı aça bilib. Aleksis Salemakersin ötürməsindən sonra Qonsalu Ramuş topu dəqiq zərbə ilə qapıdan keçirib.

Bundan sonra oyuna nəzarəti əldən verməyən “Milan” kompensasiya olunmuş vaxtda üstünlüyünü iki topa çatdırıb. Rəduan Həlhəlin avtoqolu görüşün yekun hesabını müəyyənləşdirib – 2:0.

Beləliklə, “Milan” mövsümün ilk iki turunda iki qələbə qazanaraq aktivinə 6 xal yazdırıb. “Venesia” isə hələlik xal qazana bilməyib.







İtaliya S.A.

“Milan”dan ardıcıl ikinci qələbə
  • İtaliya S.A.
  • 00:57 29.08.2026
“Milan”dan ardıcıl ikinci qələbə
 “O, bizim üçün vacib oyunçudur”
  • İtaliya S.A.
  • 00:54 29.08.2026
“O, bizim üçün vacib oyunçudur”