- İtaliya S.A.
- 00:52 30.08.2026
İtaliya A Seriyasının II turunda “Yuventus” doğma meydanda “Parma”nı qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, Turindəki “Alyans” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşü baş hakim Françesko Furno idarə edib.
“Yuventus” 62-ci dəqiqədə hesabı açıb. Nikolas Qonsales komandasını önə keçirib.
Turin təmsilçisi 88-ci dəqiqədə ikinci qolu vurub. Tyun Koopmeyners fərqlənərək oyunda son nöqtəni qoyub.
Beləliklə, “Yuventus” mövsümə ardıcıl iki qələbə ilə başlayıb. İlk turda Turin klubu “Frozinone”ni 1:0 hesabı ilə məğlub edib. “Parma” isə ilk turda “Kalyari”yə 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, A Seriyasının III turunda “Yuventus” sentyabrın 6-da doğma meydanda “Milan”ı qəbul edəcək. Həmin gün “Parma” isə “Monza” ilə qarşılaşacaq.