30 avqust 2026. Bazar günü

Spalletti “Yuventus”un Kessye transferində niyə uğursuz olduğunu açıqladı


Spalletti “Yuventus”un Kessye transferində niyə uğursuz olduğunu açıqladı

“Yuventus”un baş məşqçisi Luçano Spalletti yarımmüdafiəçi Frank Kessyenin transferinin baş tutmamasına münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə,  Spalletti “Parma”ya qarşı II tur matçından (2:0) sonra jurnalistlərə açıqlamasında Kessiyə uğurlar arzulayıb:

“Kessyeyə ən xoş arzularımı çatdırıram. O, nümunəvi peşəkardır. Biz mesajlaşırdıq və o, üzr istəyirdi, çünki bizim komandaya keçmək istəyirdi. Lakin onun vəziyyəti barədə eşitmişəm və baş verənlərdən xəbərim var”, – deyə Spalletti bildirib.

Qeyd edək ki, Turin klubu uzun müddət 29 yaşlı futbolçusunun əsas namizədi hesab olunurdu. Lakin tərəflər razılığa gələ bilməyiblər. Şənbə günü isə “Atalanta” Kessyenin transferini rəsmən açıqlayıb. Futbolçu daha əvvəl də bu klubun formasını geyinib.

Əlavə edək ki, Frank  Kessye “Yuventus”a azad agent kimi keçə bilərdi. Fil Dişi Sahilindən olan yarımmüdafiəçi bu yay Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubundan ayrılıb.







İtaliya S.A.

“Milan”dan ardıcıl ikinci qələbə
  • İtaliya S.A.
  • 00:57 29.08.2026
“Milan”dan ardıcıl ikinci qələbə
 “O, bizim üçün vacib oyunçudur”
  • İtaliya S.A.
  • 00:54 29.08.2026
“O, bizim üçün vacib oyunçudur”