31 avqust 2026. Bazar ertəsi

“Napoli” doğma meydanda uduzdu


“Napoli” doğma meydanda uduzdu

İtaliya A Seriyasının II turunda “Napoli” doğma meydanda “Komo”nu qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Luka Payrettonun rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi matçda hesabı 17-ci dəqiqədə “Komo”nun yarımmüdafiəçisi Martin Baturina açıb.

“Napoli” 30-cu dəqiqədə hücumçu Rasmus Hoylundun qolu ilə hesabı bərabərləşdirib.

Lakin cəmi dörd dəqiqə sonra “Komo” yenidən önə keçib. Anastasios Duvikas komandasının ikinci qolunu vuraraq matçın yekun hesabını müəyyənləşdirib – 2:1.

Qeyd edək ki, A Seriyasının I turunda “Napoli” səfərdə “Cenoa”nı 2:0 hesabı ilə məğlub edib. “Komo” isə “Udineze” ilə 1:1 hesablı heç-heçə edib.

Çempionatın III turunda “Napoli” sentyabrın 5-də səfərdə “İnter”lə qarşılaşacaq. “Komo” isə bir gün əvvəl – sentyabrın 4-də “Cenoa”nın qonağı olacaq.







İtaliya S.A.

“Napoli” doğma meydanda uduzdu
  • İtaliya S.A.
  • 22:59 30.08.2026
“Napoli” doğma meydanda uduzdu
“Milan”dan ardıcıl ikinci qələbə
  • İtaliya S.A.
  • 00:57 29.08.2026
“Milan”dan ardıcıl ikinci qələbə