31 avqust 2026. Bazar ertəsi

Sesk Fabreqas “Napoli” üzərində qələbəni şərh etdi


Sesk Fabreqas “Napoli” üzərində qələbəni şərh etdi

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya çempionatının II turunda “Napoli” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın “Calcio Napoli 1926” nəşrinə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis komandasının nümayiş etdirdiyi oyundan razı qaldığını bildirib.

“Bu gün gördüklərimdən çox razıyam. Belə isti havada hər iki komandanın 32 futbolçusu qəhrəman idi. Maksimum intensivliklə pressinq etmək mümkün deyildi. Buna baxmayaraq, futbolçular düzgün köklənmişdilər və pressinq etməyə çalışırdılar”

Mütəxəssis “Napoli”nin gücünü də xüsusi qeyd edib:

““Napoli” çox güclü futbolçulardan təşkil olunmuş möhtəşəm komandadır. Biz inkişaf etməyə davam etməliyik. Kim olduğumuzu və nə etməli olduğumuzu bilirik. Bu gün qələbəni qeyd edirik – bizim üçün bu, demək olar ki, finalda qalib gəlmək kimidir. Belə kiçik irəliləyişlərdən zövq almaq lazımdır”.

Fabreqas “Napoli”nin inkişaf yoluna da toxunub:

““Napoli” bizim hazırda etməyə çalışdığımız işə hələ 25 il əvvəl De Laurentislə birlikdə başlayıb. Bizim onların çatdığı səviyyəyə yüksəlməyimiz üçün hələ çox yol var. Təvazökarlığımızı qorumalı və inkişaf etməyə davam etməliyik”.







İtaliya S.A.

“Napoli” doğma meydanda uduzdu
  • İtaliya S.A.
  • 22:59 30.08.2026
“Napoli” doğma meydanda uduzdu