31 avqust 2026. Bazar ertəsi

“Onlar hələ də mənim üçün uşaqdırlar”


 “Onlar hələ də mənim üçün uşaqdırlar”

“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının II turunda “Napoli” üzərində 2:1 hesablı qələbəni şərh edib.

90deqiqe.Az-ın “Calcio Napoli 1926” nəşrinə istinadən məlumatına görə, ispaniyalı mütəxəssis matçın gedişində üç fərqli oyun gördüyünü bildirib.

“Bu gün üç fərqli matç gördüm. Belə oyunlara öyrəşməliyik. İlk 45 dəqiqə möhtəşəm keçdi. İkinci hissənin ilk 15-20 dəqiqəsində də yaxşı oynadıq. Daha sonra “Napoli” sxemini dəyişdi və yüksək səviyyəli futbolçularını oyuna cəlb etdi.

Son 15 dəqiqədə daha geridə oynamağın vacib olduğunu başa düşdük. Bu, bizim üçün əla sınaqdır. Lakin unutmaq olmaz ki, bu, bizim cəmi ikinci oyunumuzdur”

Fabreqas komandasının gənc heyətə malik olduğunu vurğulayıb:

“Futbolçularımız hələ çox gəncdir. Komandamızın orta yaş həddi 24, “Napoli”nin isə 29-dur. Mən burada daha çox tərbiyəçi rolundayam. Onların hamısı hələ də mənim üçün inkişaf etdirməli olduğum uşaqlardır.

Hazırda Çempionlar Liqası barədə düşünməyin vaxtı deyil. Qarşıda “Cenoa” ilə çox vacib oyun var. Rəqibin səndən daha güclü olduğunu qəbul etməli və buna uyğun hərəkət etməlisən”.

“Biz hələlik inkişaf tempimiz baxımından gözləntiləri qabaqlayırıq. “Cenoa” ilə oyun bizim üçün son dərəcə vacibdir. Bu gün bu anın sevincini yaşayırıq, sabahdan isə növbəti matçları düşünməyə başlayacağıq”, – deyə Fabreqas fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, “Komo” – “Cenoa” qarşılaşması sentyabrın 4-də keçiriləcək. Hazırda “Komo” iki oyundan 4 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Cenoa” isə bir oyundan sonra xalsızdır.







İtaliya S.A.

“Napoli” doğma meydanda uduzdu
  • İtaliya S.A.
  • 22:59 30.08.2026
“Napoli” doğma meydanda uduzdu