- İtaliya S.A.
- 00:50 31.08.2026
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının II turunda “Komo”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra açıqlama verib.
90deqiqe.Az-ın “Il Napolista”ya nəşrinə istinadən məlumatına görə, italiyalı mütəxəssis komandasının buraxdığı qolları təhlil etməli və bu cür səhvlər üzərində işləməli olduğunu bildirib.
“Başa düşməliyik ki, qol buraxırıqsa, deməli, rəqib bizdən daha yaxşı olub. Bunu qəbul etmək lazımdır. Ən xoşagəlməz məqam ilk hissənin başa çatmasına 20 saniyə qalmış baş verdi. Həmin anda yenidən riskə getdik. Belə məqamlar üzərində mütləq işləməliyik”
Baş məşqçi məğlubiyyətə baxmayaraq, komandasında çoxsaylı müsbət məqamların olduğunu da qeyd edib:
“Mən neqativ məqamlardan danışıram, çünki məhz onları düzəltməliyik. Amma müsbət tərəflər də çox idi. Bir neçə təhlükəli qol epizodu yaratdıq. İkinci hissədə isə rəqibi öz yarımmeydanına sıxışdırdıq.
Futbolçular başa düşməlidirlər ki, matç 90 dəqiqə davam edir və sonadək səbirli, soyuqqanlı olmaq lazımdır. Onlar güclü komanda olduğumuzu anlamalıdırlar. Bununla yanaşı, oyunun müəyyən hissələrini yaxşılaşdırmalıyıq”.
Qeyd edək ki, “Napoli” A Seriyasının ilk iki turundan sonra 3 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.