- İtaliya S.A.
- 00:50 31.08.2026
“Napoli”nin hücumçusu Rasmus Hoylund İtaliya A Seriyasının II turunda “Komo”ya qarşı keçirdikləri ev oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az-ın məlumatına görə, danimarkalı futbolçu baş məşqçi Antonio Kontenin rəhbərliyi altında oynadığı futbolla hazırkı çalışdırıcısı Massimiliano Alleqrinin oyun fəlsəfəsini müqayisə edib:
“Ötən mövsüm Konte mənim qapıya arxamı çevirərək oynamağım üzərində çox dayanırdı. Alleqri ilə isə özümü daha azad hiss edirəm. Ümid edirəm ki, belə qollar vurmağa davam edəcəyəm.
Əlbəttə, hücum da daxil olmaqla, inkişaf etməyə davam etməliyik. Bu gün o qədər də çox təhlükəli epizod yarada bilmədik. Amma qarşıda bütün mövsüm var və biz hələ də yüksək yerlər uğrunda mübarizə apara bilərik”, – deyə futbolçu “DAZN”a açıqlamasında bildirib.
Qeyd edək ki, Neapol təmsilçisi doğma meydanda “Komo”ya 1:2 hesabı ilə məğlub olub. Danimarkalı forvard 30-cu dəqiqədə hesabı bərabərləşdirsə də, cəmi dörd dəqiqə sonra qonaqlar yenidən önə keçiblər. “Napoli” isə qarşılaşmanın qalan bölümündə hesabı dəyişə bilməyib.
“Napoli” yeni mövsümün ilk iki turundan sonra 3 xal toplayıb.