15 oktyabr 2026. Cümə axşamı

“İnter” səfərdə “Kalyari”ni məğlub etdi


“İnter” səfərdə “Kalyari”ni məğlub etdi

İtaliya A Seriyasının II turunda “Kalyari” və “İnter” komandaları qarşılaşıblar.

 90deqiqe.Az-ın məlumatına görə, “Kalyari”dəki “Unipol Domus” stadionunda keçirilən görüş Milan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmanı baş hakim Mikael Fabbri idarə edib.

Matçda yeganə qol 9-cu dəqiqədə vurulub. Hakan Çalhanoğlu dəqiq zərbə ilə “İnter”ə qələbə qazandırıb.

Beləliklə, “İnter” A Seriyasında iki turdan sonra 6 xal toplayaraq turnir cədvəlinin ilk pilləsinə yüksəlib. “Kalyari” isə 3 xalla 12-ci sırada qərarlaşıb.

Qeyd edək ki, çempionatın I turunda “Kalyari” səfərdə “Parma”nı 1:0 hesabı ilə məğlub edib. “İnter” isə “Monza” üzərində 4:1 hesablı qələbə qazanıb.

A Seriyasının III turunda “Kalyari” sentyabrın 7-də doğma meydanda “Leççe”ni qəbul edəcək. “İnter” isə sentyabrın 5-də öz meydanında “Napoli” ilə qarşılaşacaq.







İtaliya S.A.

“Qırmızı vərəqə oyunu korladı”
  • İtaliya S.A.
  • 19:59 11.10.2026
“Qırmızı vərəqə oyunu korladı”