31 avqust 2026. Bazar ertəsi

Kənan Yıldız əməliyyat olundu - 2-3 ay yaşıl meydanlardan uzaq qala bilər


Kənan Yıldız əməliyyat olundu   -  2-3 ay yaşıl meydanlardan uzaq qala bilər

“Yuventus”un türkiyəli futbolçusu Kənan Yıldız zədə səbəbindən əməliyyat olunub.

  90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçinin sol ayağının beşinci daraq sümüyünün əsas nahiyəsində sınıq aşkarlanıb.

Yıldız zədələnməni A Seriyasının ilk turunda “Frozinone” ilə matçda (3:0) alıb. Futbolçu Almaniyadakı klinikalardan birində yerli mütəxəssislərin iştirakı ilə əməliyyat olunub. Prosedur zamanı “Yuventus”un klub həkimi Marko Freski də iştirak edib.

Türkiyə millisinin üzvünün reabilitasiya prosesi yaxın günlərdə başlayacaq. “Yuventus” onun bərpa müddəti ilə bağlı dəqiq vaxt açıqlamayıb. Digər mənbələrin məlumatına görə, Yıldızın təxminən 2-3 ay ərzində yaşıl meydanlara qayıtması gözlənilir.

“Yuventus”un digər futbolçusu Ceff Ehatorda da zədə aşkarlanıb. Tibbi müayinə zamanı onun sağ bud əzələsində orta dərəcəli zədələnmə müəyyənləşib.

Ehatоr “Cenoa”dan transfer olunduqdan dərhal sonra zədələnib. Futbolçu əlavə müayinədən keçəcək. Onun təxminən 2 ay müddətinə sıradan çıxacağı gözlənilir.







İtaliya S.A.

“Napoli” doğma meydanda uduzdu
  • İtaliya S.A.
  • 22:59 30.08.2026
“Napoli” doğma meydanda uduzdu