1 sentyabr 2026. Çərşənbə axşamı

Qasperini “Roma”nın futbolçusunun satılmayacağını açıqladı


Qasperini “Roma”nın futbolçusunun satılmayacağını açıqladı

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyasının II turunda “Leççe” üzərində qazanılan 4:0 hesablı qələbədən sonra Manuel Konenin transferə çıxarılmadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis yarımmüdafiəçinin mümkün transferi ilə bağlı yayılan xəbərlərin sadəcə media səs-küyü olduğunu deyib:

“Bunlar sadəcə mediada yayılan xəbərlərdir. Mənə heç vaxt Konenin və ya başqa futbolçunun komandadan ayrılmasının mümkünlüyü barədə heç nə deyilməyib. Üstəlik, transfer pəncərəsinin bağlanmasına cəmi 24 saat qalmış bunu müzakirə etmək düzgün deyil. Bildiyim qədərilə rəhbərliyin futbolçuları satmaq niyyəti yoxdur”.

Qasperini eyni zamanda “Roma”nın heyətinin hələ tam komplektləşmədiyini vurğulayıb:

“Dibala və Malen bütün oyunlarda meydana çıxa bilməz. Bu gün hücum xəttində ehtiyat oyunçular skamyasında cəmi iki futbolçumuz var idi. Pelleqrini və Renşi geri qayıdacaq, amma yenə də heyətdə çatışmazlıqlar olacaq. Bu gün gözlənilmədən Ndikanı da itirdik”.

Baş məşqçi Çempionlar Liqasında geniş heyətə sahib olmağın vacibliyini də qeyd edib:

“Çempionlar Liqasında kifayət qədər futbolçunun olması xüsusilə vacibdir ki, bir oyunçunun yoxluğu komandaya bu qədər ciddi təsir etməsin. Ümid edirik ki, heyətin komplektləşdirilməsini başa çatdıracağıq. Əgər hazırkı heyətlə davam etsək belə, mübarizə aparacağıq və geri çəkilməyəcəyik. Çempionlar Liqası və çempionat sprint deyil, marafondur”.

Qasperini qələbədən sonra futbolçularının inamını, xarakterini və oyun keyfiyyətini də yüksək qiymətləndirib.







İtaliya S.A.

“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi
“Napoli” doğma meydanda uduzdu
  • İtaliya S.A.
  • 22:59 30.08.2026
“Napoli” doğma meydanda uduzdu