3 sentyabr 2026. Cümə axşamı

“Napoli” kapitanı ilə müqaviləni yenilədi


“Napoli” kapitanı ilə müqaviləni yenilədi

“Napoli” komandanın kapitanı Covanni Di Lorenso ilə müqaviləni uzadıb.

 90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə yeni sözləşmə 2030-cu il iyunun 30-dək qüvvədə olacaq.

Di Lorenso 2019-cu ilin yayından “Napoli”nin formasını geyinir. Bu müddət ərzində İtaliya millisinin müdafiəçisi Neapol klubunun heyətində bütün turnirlərdə 307 rəsmi matça çıxıb və 20 qol vurub.

O, “Napoli” ilə iki dəfə İtaliya çempionu olub. Bundan başqa, komandanın heyətində ölkə kuboku və Superkubokunu da qazanıb.

Qeyd edək ki, “Napoli” cari mövsümdə A Seriyasının iki turundan sonra 3 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Neapol təmsilçisi növbəti turda səfərdə “İnter”lə qarşılaşacaq. Görüş sentyabrın 5-də keçiriləcək.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq
“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi