3 sentyabr 2026. Cümə axşamı

“İnter”də gözlənilməz ayrılıq


“İnter”də gözlənilməz ayrılıq

“İnter”in idman direktoru Piero Ausilio Milan klubundan ayrılacaq.

90deqiqe.Az-ın məlumatına görə, 51 yaşlı funksioner və klub rəhbərliyi əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son qoymaq qərarına gəlib.

Bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb.

O qərarın artıq qəbul edilib və təsdiqləndiyini qeyd edib.

Ausilionun bundan sonrakı karyerasını İngiltərə Premyer Liqasında davam etdirməsi mümkündür. Məlumata görə, bir sıra APL klubları italiyalı funksionerin xidmətində maraqlıdır.

Piero Ausilio 2014-cü ildən “İnter”də idman direktoru vəzifəsini tutur. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, “İnter” A Seriyasının yeni mövsümünə iki qələbə ilə başlayıb və hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşıb.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq
“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi