3 sentyabr 2026. Cümə axşamı

“Yeganə istəyim “İnter”də qalmaqdır”


“Yeganə istəyim “İnter”də qalmaqdır”

“İnter”in kapitanı Lautaro Martines yay transfer dönəmində “Barselona”nın onun xidmətində maraqlı olması barədə yayılan xəbərlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, 29 yaşlı hücumçu Kataloniya klubunun marağının onun üçün qürurverici olduğunu, lakin “İnter”dən ayrılmaq niyyətində olmadığını deyib.

““Barselona”nın marağı məndə qürur hissi yaratdı, amma burada qalmaq istəyirəm. Mənim yeganə və dəqiq istəyim “İnter”də qalmaqdır. Mən bu klubu, buradakı insanları və azarkeşləri sevirəm. Onlar məni istədikləri müddətdə burada olacağam”, – deyə Martines “Sky”a açıqlamasında bildirib.

Qeyd edək ki, argentinalı futbolçu 2018-ci ildən “İnter”in formasını geyinir və hazırda komandanın kapitanıdır. Argentinalı futbolçunun Milan klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalı 29 yaşlı hücumçunun bazar dəyərini 85 milyon avro qiymətləndirir.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq
“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi