3 sentyabr 2026. Cümə axşamı

Di Marko “İnter”lə yeni müqavilədən danışdı


Di Marko “İnter”lə yeni müqavilədən danışdı

“İnter”in müdafiəçisi Federiko Di Marko Milan klubu ilə müqaviləsinin uzadılması ilə bağlı vəziyyəti açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, 28 yaşlı futbolçu bildirib ki, tərəflər hələ yeni sözləşmənin şərtlərini müzakirə etməyiblər. O, danışıqların yaxın zamanda başlayacağını qeyd edib.

“Hələlik “İnter”lə yeni müqavilə barədə danışmamışıq. Bunun ötən mövsümdən sonra baş verəcəyini gözləyirdim. Lakin yaxın zamanda hər şeyi müzakirə edəcəyik”, – deyə Di Marko “Sky”a açıqlamasında bildirib.

Qeyd edək ki, Federiko Di Marko “İnter”in yetirməsidir. O, 2018-ci ilin yayından Milan klubunun əsas komandasında çıxış edir. İtaliyalı sol cinah müdafiəçisi “İnter”də 238 oyuna çıxıb, 26 qol vurub və 52 məhsuldar ötürmə edib.

Di Markonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 50 milyon avro qiymətləndirir.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq
“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi