4 sentyabr 2026. Cümə

“İnter”in uğurlarında Konte amilinin rolu böyükdür”


“İnter”in uğurlarında Konte amilinin rolu böyükdür”

“İnter”in sabiq qapıçısı Samir Handanoviç Milan klubunun son illərdəki uğurlarında Antonio Kontenin böyük rol oynadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, sloveniyalı keçmiş futbolçunun sözlərinə görə, məhz Konte komandada qalibiyyət mentaliteti formalaşdırıb və sonrakı baş məşqçilər də bunun bəhrəsini görüblər.

“Konte gəldikdən sonra onun mentaliteti və taktiki yanaşması ilə komandaya vacib futbolçular cəlb olundu. Beləliklə, qalib “İnter”in özəyi formalaşdı. Sonrakı məşqçilər də bundan faydalandılar”, – deyə Handanoviç bildirib.

Qeyd edək ki, Antonio Konte 2021-ci ildə “İnter”dən ayrılıb. Milan klubu son illərdə iki dəfə Çempionlar Liqasının finalında oynayıb.

Samir Handanoviç isə 2023-cü ildə futbolçu karyerasını başa vurub.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq
“Roma” “Leççe”yə aman vermədi
  • İtaliya S.A.
  • 23:38 31.08.2026
“Roma” “Leççe”yə aman vermədi