- İtaliya S.A.
- 21:19 04.09.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini komandanın argentinalı hücumçusu Paulo Dibalanın durumu barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis bildirib ki, 32 yaşlı futbolçunun ciddi problemi yoxdur, lakin onun sentyabrın 5-də “Atalanta”ya qarşı keçirilməsi planlaşdırılan oyunda iştirakı hələ sual altındadır.
“Dibala ilə bağlı ciddi bir şey baş verməyib. Bu gün məşqdə iştirak etməyə çalışacaq. Vacib olan onun özünü rahat hiss etməsi və oynaya biləcəyinə əmin olmasıdır”, – deyə Qasperini bildirib.
İtaliyalı mütəxəssis qarşıdakı matçın çətin keçəcəyini də vurğulayıb:
“İlk 12 oyunda bir çox güclü klublarla qarşılaşacağıq. Sabah mövsümə yaxşı başlayan çox keyfiyyətli komanda ilə oynayacağıq. Bu, Çempionlar Liqası səviyyəsində bir matçdır”.
Qeyd edək ki, “Roma” 6 xalla turnir cədvəlinə başçılıq edir. “Atalanta”nın da 6 xalı var və komanda 5-ci pillədə qərarlaşıb.