4 sentyabr 2026. Cümə

Kivu “Napoli” ilə oyun öncəsi Alleqri barədə danışdı


Kivu “Napoli” ilə oyun öncəsi Alleqri barədə danışdı

“İnter”in baş məşqçisi Kristian Kivu A Seriyasının 3-cü turunda “Napoli” ilə qarşılaşma öncəsi rəqib komandanın çalışdırıcısı Massimiliano Alleqrini yüksək qiymətləndirib.

90deqiqe.Az-ın məlumatına görə, sentyabrın 5-də keçiriləcək oyun öncəsi Kivu italiyalı mütəxəssisə böyük hörmət bəslədiyini bildirib:

“Mən Alleqrini qiymətləndirən və ona hörmət edən məşqçilərdən biriyəm. O, qalibdir, böyük təcrübəyə malikdir və biz gənc məşqçilərin öyrənmək istədiyi bütün xüsusiyyətlərə sahibdir”.

Kivu qarşıdakı matçda “İnter”in öz oyun fəlsəfəsinə sadiq qalmasının vacibliyini də vurğulayıb:

“Qətiyyət, cəsarət və oyuna nəzarət etmək istəyi heç vaxt yox olmamalıdır. Bu komanda necə oynamaq istədiyini çox yaxşı bilir”.

Qeyd edək ki, “İnter” yeni mövsümə “Kalyari” və “Monza” üzərində qələbələrlə başlayıb. Milan təmsilçisi 6 xalla turnir cədvəlinin liderlər qrupunda yer alır. “Napoli” isə 3 xalla 10-cu pillədədir.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq