- İtaliya S.A.
- 21:19 04.09.2026
“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 3-cü turunda “Komo”ya evdə 1:2 hesabı ilə məğlubiyyətdən sonra açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis məğlubiyyəti faciələşdirməyin düzgün olmadığını bildirib:
“Başa düşürəm ki, Neapolda hər şey ya həddindən artıq sevinclə, ya da depressiya ilə qarşılanır. Amma hazırda cəmi üçüncü turdur. “Komo”ya məğlub olduğumuz üçün məyusuq, lakin qarşıda hələ çoxlu oyun var. Hətta pis də oynamadıq”.
Alleqri çempionluq mübarizəsində “İnter”i əsas favorit hesab etdiyini deyib:
“İnter” çempionluq mübarizəsində əsl favoritdir. Daha diqqətli olmalıyıq. Çünki “Komo” ilə oyunda qarşısını ala biləcəyimiz iki qol buraxdıq”.
Qeyd edək ki, “İnter” – “Napoli” matçı sentyabrın 5-də A Seriyasının 3-cü turu çərçivəsində keçiriləcək. Hazırda komandalar turnir cədvəlində müvafiq olaraq 2-ci və 10-cu pillələrdə qərarlaşıblar.
“Napoli”də Skott Maktominey əməliyyatdan sonra bir neçə oyunu buraxacaq. “Komo” ilə matçda Covane də zədələnib. Bundan başqa, Alessandro Boncorno və Luka Maryanuççi də komandanın xidmətindən kənarda qalıblar.