5 sentyabr 2026. Şənbə

“Komo” səfərdə “Cenoa”nı darmadağın etdi


“Komo” səfərdə “Cenoa”nı darmadağın etdi

İtaliya çempionatının 2026/27 mövsümündə növbəti qarşılaşma keçirilib.

90deqiqe.Az xəbər verir ki, “Cenoa” doğma meydanda “Komo”nu qəbul edib.

Görüşə fəal başlayan meydan sahibləri 19-cu dəqiqədə hesabı açıblar. Lorenzo Kolombonun ötürməsindən sonra Milutin Osmaic fərqlənib.

Lakin “Komo” 25-ci dəqiqədə hesabı bərabərləşdirib. Martin Baturina dəqiq zərbə ilə komandasının ilk qolunu vurub.

Bundan sonra matçda bütün qollar qonaqların hesabına yazılıb. 30-cu dəqiqədə Assane Diao “Komo”nu önə keçirib. 37-ci dəqiqədə isə Nikolas Pas fərqlənərək komandasının üstünlüyünü artırıb.

78-ci dəqiqədə yenidən səhnəyə çıxan Diao dublunu rəsmiləşdirib və qarşılaşmada son nöqtəni qoyub.

Beləliklə, “Cenoa” ardıcıl üçüncü məğlubiyyətini alıb və mövsümə xalsız davam edir. “Komo” isə aktivindəki xalların sayını 7-yə çatdırıb.

“Cenoa” – “Komo” 1:4

Qollar: Milutin Osmaic, 19 – Martin Baturina, 25; Assane Diao, 30, 78; Nikolas Pas, 37.







İtaliya S.A.

“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq