6 sentyabr 2026. Bazar günü

“İnter”dən möhtəşəm geridönüş


“İnter”dən möhtəşəm geridönüş

İtaliya A Seriyasının 2026/2027 mövsümünün 3-cü turunda “İnter” və “Napoli” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Milandakı “San Siro” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar. Görüşün baş hakimi Simone Sozza olub.

Matçın ikinci hissəsində “Napoli” qısa müddətdə iki qolluq üstünlük əldə edib. Matteo Politano 50-ci dəqiqədə hesabı açıb, cəmi üç dəqiqə sonra Rasmus Höylund fərqi iki topa çatdırıb.

“İnter” bundan sonra möhtəşəm geridönüşə imza atıb. Lautaro Martinez 57-ci dəqiqədə fərqi azaldıb. Markus Türam 82-ci dəqiqədə hesabı bərabərləşdirib. Görüşün əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə isə Lautaro Martinez özünün ikinci qolunu vuraraq “İnter”ə qələbə qazandırıb.

Bu nəticədən sonra “İnter” A Seriyasında keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq 9 xalla turnir cədvəlinə başçılıq edir. “Napoli” isə 3 xalla 11-ci pillədə qərarlaşıb.

Növbəti turda “İnter” sentyabrın 14-də doğma meydanda “Udineze”ni qəbul edəcək. “Napoli” isə sentyabrın 13-də evdə “Bolonya” ilə qarşılaşacaq.







İtaliya S.A.

“İnter”dən möhtəşəm geridönüş
  • İtaliya S.A.
  • 23:30 05.09.2026
“İnter”dən möhtəşəm geridönüş
“İnter”də gözlənilməz ayrılıq
  • İtaliya S.A.
  • 23:56 02.09.2026
“İnter”də gözlənilməz ayrılıq