- İtaliya S.A.
- 03:21 06.09.2026
İtaliya A Seriyasında III turun növbəti oyunu keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Roma” doğma meydanda “Atalanta”nı qəbul edib. Romadakı “Olimpiko” stadionunda keçirilən qarşılaşmanın baş hakimi Andrea Kolombo olub.
Gərgin mübarizə şəraitində keçən matçda meydan sahibləri son dəqiqələrdə əzmkar qələbəyə seviniblər.
İlk qol 47-ci dəqiqədə vurulub. “Atalanta”nın yarımmüdafiəçisi Ederson komandasını hesabda önə keçirib.
“Roma” 90-cı dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahiblərinin müdafiəçisi Mario Hermoso fərqlənərək 1:1 hesabını təmin edib.
Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 3-cü dəqiqədə isə “Roma”nın yarımmüdafiəçisi Matias Sule komandasına qələbə qazandıran qola imza atıb - 2:1.
Beləliklə, “Roma” üç turdan sonra maksimum nəticə göstərərək 9 xalla turnir cədvəlinin lideridir. “Atalanta” isə 6 xalla 7-ci pillədə qərarlaşıb.
Növbəti turda “Atalanta” sentyabrın 12-də doğma meydanda “Kalyari”ni qəbul edəcək. “Roma” isə sentyabrın 14-də səfərdə “Torino” ilə qarşılaşacaq.