22 oktyabr 2026. Cümə axşamı

“Yuventus” “Milan”la heç-heçə etdi


“Yuventus” “Milan”la heç-heçə etdi

İtaliya A Seriyasının 2026/2027 mövsümünün III turunda “Yuventus” və “Milan” komandaları üz-üzə gəlib.

90deqiqe.Az-ın məlumatına görə, “Allyans” stadionunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. Görüşün baş hakimi Romadan olan Mauritsio Mariani olub.

Matçda hesabı 69-cu dəqiqədə qonaqların yarımmüdafiəçisi Alfadjo Sisse açıb. “Yuventus” isə qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə hesabı bərabərləşdirib. Meydan sahiblərinin müdafiəçisi Federiko Qatti fərqlənərək yekun hesabı müəyyənləşdirib – 1:1.

Bu nəticədən sonra “Milan” 3 turdan 7 xal toplayaraq turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Eyni xala malik “Yuventus” isə dördüncü sıradadır.







İtaliya S.A.

“Roma” “Cenoa”nı məğlub etdi
  • İtaliya S.A.
  • 01:00 18.10.2026
“Roma” “Cenoa”nı məğlub etdi