- İtaliya S.A.
- 22:34 07.09.2026
İtaliyanın “Fiorentina” klubu Paolo Vanolini baş məşqçi təyin edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, tərəflər arasında müqavilənin detalları açıqlanmayıb. “Fiorentina” rəhbərliyi Vanoliyə komandaya qayıtmaq təklifini dərhal və böyük həvəslə qəbul etdiyi üçün təşəkkür edib.
Mütəxəssisin bu gün yeni komandası ilə ilk məşqinə çıxacağı gözlənilir.
Qeyd edək ki, Paolo Vanoli daha əvvəl 2025-ci ilin noyabrından 2026-cı ilin iyununa qədər “Fiorentina”nı çalışdırıb. 53 yaşlı mütəxəssis karyerası ərzində Moskvanın “Spartak” klubuna da rəhbərlik edib və komanda ilə Rusiya Kubokunu qazanıb.
“Fiorentina”nın əvvəlki baş məşqçisi Fabio Qrosso olub. İtaliyalı mütəxəssis komandanın çempionata ardıcıl üç məğlubiyyətlə başlamasından sonra vəzifəsindən azad edilib.