- İtaliya S.A.
- 22:34 07.09.2026
İtaliyanın “Komo” klubunun futbolçusu Roberta Pikkidə süd vəzi xərçəngi aşkarlanıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, futbolçu yaxın günlərdə müalicə kursuna başlayacaq. Onun müalicəsi klubun tibbi heyətinin hərtərəfli dəstəyi ilə həyata keçiriləcək və mütəxəssislər futbolçunun müalicəsini aparan həkimlərlə sıx əməkdaşlıq edəcəklər.
“Komo” Roberta Pikkini dəstəkləmək məqsədilə onunla mövcud müqaviləni vaxtından əvvəl uzatmaq qərarına gəlib. Yeni sözləşmənin müddəti 2027/2028 mövsümünün sonuna qədər müəyyənləşdirilib.
Klub, həmçinin müalicə müddətində futbolçunun şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edib.