7 sentyabr 2026. Bazar ertəsi

“Kalyari” “Leççe”ni məğlub etdi


“Kalyari” “Leççe”ni məğlub etdi

İtaliya A Seriyasının 2026/27 mövsümünün III turunda “Kalyari” doğma meydanda “Leççe” ilə qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

“Kalyari” matça daha fəal başlayıb və tədricən oyunda üstünlüyü ələ alıb. Qarşılaşmada hesab 29-cu dəqiqədə açılıb. Yakopo Fazzininin ötürməsindən sonra Daniel Maldini topu rəqib qapısından keçirib.

Minimal üstünlük əldə etdikdən sonra “Kalyari” rəqibin hücumlarını daha rahat dəf edib. “Leççe” hesabı bərabərləşdirmək üçün cəhd göstərsə də, ikinci hissədə hücumlarda effektiv ola bilməyib.

Bu nəticədən sonra “Kalyari” üç turdan sonra xallarının sayını 6-ya çatdırıb. “Leççe”nin isə 3 xalı var.







İtaliya S.A.

“İnter”dən möhtəşəm geridönüş
  • İtaliya S.A.
  • 23:30 05.09.2026
“İnter”dən möhtəşəm geridönüş