- İtaliya S.A.
- 23:43 08.09.2026
“Yuventus”un yarımmüdafiəçisi Manuel Lokatelli sağ dizindən keçirdiyi zədə səbəbindən əməliyyat olunub.
klubun rəsmi saytına istinadla xəbər verir ki, Lokatellinin sağ dizinin xarici meniskində aparılan cərrahi müdaxilə uğurla başa çatıb.
Lokatelli sentyabrın 9-dan etibarən xüsusi reabilitasiya proqramına başlayacaq. Futbolçunun yaşıl meydanlara qayıdacağı dəqiq tarix açıqlanmayıb. İtaliya mətbuatında isə onun təxminən üç aydan sonra meydana dönə biləcəyi bildirilir.
İtaliyalı futbolçu “Milan”la matçda sağ dizindən zədələnib.
“Yuventus”un digər futbolçusu Ceremi Boqa da zədə səbəbindən komandanı müəyyən müddətə itirib. O, sentyabrın 7-də sol bud nahiyəsindən əzələ zədəsi alıb.
Boqa iki həftə sonra tibbi müayinədən keçiriləcək. Bundan sonra Turin klubunun futbolçunun bərpa müddəti ilə bağlı daha dəqiq məlumat verməsi gözlənilir.