- İtaliya S.A.
- 21:49 09.09.2026
“Milan”ın yeni transferi Omari Hatçinson komandadakı ilk günləri barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” nəşri futbolçunun dediklərini belə çatdırıb.
“Hər şey yaxşı gedir. Çox sürətlə uyğunlaşmalı oldum. Hazırda oteldə yaşayıram və mənzil axtarıram. Komandada hər şey əladır. Məşqçilər mənə kömək edirlər, hamı ingilis dilində danışır. Buna görə də hələlik uyğunlaşmaq mənim üçün asandır”
Hatçinson meydana çıxması ilə bağlı da fikirlərini bölüşüb:
“İdmana və oyunlara gəlincə, məşqçi komandaya alışmağım üçün məni tədricən heyətə daxil edir. Bu baxımdan hər şey kifayət qədər sakit gedir”.
Futbolçu daha əvvəl A Seriyasını demək olar ki, izləmədiyini etiraf edib:
“Əlbəttə, komandaları “FIFA” oyununda görmüşəm, bəzən də matçların icmallarına baxırdım. Amma bura keçdikdən sonra daha çox şey görməyə başladım”.
Hatçinson “Milan”da Rafael Leaonun mümkün əvəzləyicisi olub-olmayacağı ilə bağlı suala da cavab verib:
“Leau sol cinahda oynayır, mən isə sağda çıxış edirəm. Amma əlbəttə, o, yaxşı formada olduğu vaxt burada necə təsir göstərirdisə, mən də eyni təsiri göstərmək istəyirəm. Özümə inanıram və nə etməli olduğumu bilirəm”.
Qeyd edək ki, 23 yaşlı hücumçu “Nottingem Forest”dən mövsümün sonunadək icarə əsasında İtaliya klubuna keçib.
“Milan” Omari Hatçinsonu “Nottingem Forest”dən mövsümün sonunadək təxminən 4 milyon avroya icarəyə götürüb. Müqavilədə futbolçunun 40 milyon avroya sonradan satın alınması ilə bağlı bənd də yer alır.