12 sentyabr 2026. Şənbə

“Məqsədimiz oyuna dominantlıq etməkdir”


“Məqsədimiz oyuna dominantlıq etməkdir”

“Milan”ın baş məşqçisi Ruben Amorim komandanın ünvanına səsləndirilən tənqidlərə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, İtaliya çempionatının “Latsio” ilə qarşılaşması öncəsi mətbuat konfransında danışan mütəxəssis tənqidin normal olduğunu deyib.

“Tənqid normaldır. Sizə demişdim ki, mənim üçün birinci yerdə “Milan” dayanır və bu, hələ də əsas məqsədimdir. Məndən meydanda daha aktiv oyun tələb olunurdu və biz də bunu istəyirik. Lakin rəqibləri də nəzərə almalıyıq.

Məqsədimiz oyuna dominantlıq etməkdir. Ancaq Spalletti və Fabreqas kimi bizi sınağa çəkəcək çox yaxşı məşqçilər var. Bunun üçün zamana ehtiyacımız var.

“Yuventus”la oyundan sonra gözlərimi açdım və bizi nələrin gözlədiyini anladım. Futbolçularıma dedim ki, mükəmməl olmalı və qalib gəlməliyik. Onların hələ də bu sözlərə qulaq asmasından məmnunam”, – deyə baş məşqçi bildirib.

Qeyd edək ki, “Milan” İtaliya çempionatında 3 turdan sonra 7 xalla 5-ci pillədə qərarlaşıb. Komanda sentyabrın 12-də “Latsio” ilə qarşılaşacaq.







İtaliya S.A.