- İtaliya S.A.
- 23:48 11.09.2026
“Milan”ın baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Kristian Pulişiçlə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, “Goal” nəşri təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Pulişiç hazırda əsəbidir, çünki heç bir dəqiqə belə oynamayıb. Mən futbolçularımın belə reaksiya verməsini xoşlayıram. Amma o, oynamağa hazırdır. Unutmayaq ki, onun zədəsi olub, daha sonra isə məşq zamanı əzilmə yaşadı.
Hər şey çox sadədir. Böyük ulduz olmağınızın heç bir əhəmiyyəti yoxdur. Yaxşı çıxış edən futbolçunu heyətdən kənarda saxlayıb onun yerinə dünyanın istənilən başqa oyunçusunu meydana buraxmıram. Mənim həyat fəlsəfəm budur və karyeram boyunca da bu prinsiplə hərəkət edəcəyəm”
Qeyd edək ki, amerikalı futbolçu mövsümün əvvəlindən A Seriyasında keçirilən üç oyunun hamısını ehtiyat oyunçular skamyasında keçirib.“Milan” sentyabrın 12-də A Seriyasının növbəti turunda səfərdə “Latsio” ilə qarşılaşacaq.