14 sentyabr 2026. Bazar ertəsi

“Yuventus” səfərdə “Sassuolo”ya uduzdu


“Yuventus” səfərdə “Sassuolo”ya uduzdu

İtaliya A Seriyasının IV turunda “Sassuolo” və “Yuventus” komandaları üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, Recco-Emiliyada yerləşən “Mapei - Citta del Tricolore” stadionunda keçirilən qarşılaşma qollu və dramatik mübarizə ilə yadda qalıb.

Meydan sahibləri rəqibini 3:2 hesabı ilə məğlub ediblər.

“Sassuolo”nun hesabı 65-ci dəqiqədə Sebastiano Esposito ilə açdığı qarşılaşmada “Yuventus” 82-ci dəqiqədə Edon Jhegrova ilə tarazlığı bərpa edib. 89-cu dəqiqədə Kieron Boui meydan sahiblərini yenidən önə çıxarıb.

Matçın əsas vaxtının son dəqiqəsində Jhegrova dubl edərək hesabı 2:2-yə çatdırıb. Lakin “Sassuolo” sonadək mübarizəni davam etdirib və 90+4-cü dəqiqədə Vasilije Adžiçin qolu ilə qələbə qazanıb.

Bu nəticədən sonra hər iki komandanın hesabında 7 xal var. “Yuventus” turnir cədvəlində 8-ci, “Sassuolo” isə 9-cu pillədə qərarlaşıb.







İtaliya S.A.