- İtaliya S.A.
- 01:29 14.09.2026
İtaliya A Seriyasının IV turunda “Napoli” doğma meydanda “Bolonya”nı qəbul edib.
90deqiqe.Az xəbər verir ki, Neapoldakı “Dieqo Armando Maradona” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 7-ci dəqiqəsində “Bolonya”nın müdafiəçisi Artur Teat hesabı açsa da, VAR-a baxışdan sonra qol ləğv edilib.
“Napoli” 66-cı dəqiqədə Stanislav Lobotkanın qolu ilə hesabda üstünlük əldə edib. Görüşün sonuna qədər hesab dəyişməyib.
Bu qələbə ilə “Napoli” bütün turnirlərdə ardıcıl üç məğlubiyyətdən sonra uğursuz seriyasına son qoyub. Neapol təmsilçisi əvvəlcə “Komo”ya 1:2, “İnter”ə 2:3, Çempionlar Liqasında isə “Arsenal”a 0:1 hesabı ilə məğlub olmuşdu.
Nəticədən sonra 4 oyunda 6 xal toplayan “Napoli” A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Bolonya” isə 1 xalla 16-cı sıradadır.