14 sentyabr 2026. Bazar ertəsi

“İnter”in futbolçusu mövqeyi ilə bağlı açıqlama verdi


“İnter”in futbolçusu mövqeyi ilə bağlı açıqlama verdi

“İnter”in yarımmüdafiəçisi Endi Diuf hazırda sağ cinah müdafiəçisi kimi çıxış etsə də, əsas mövqeyinin mərkəz olduğunu bildirib.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu bu barədə “L'Equipe” nəşrinə müsahibəsində danışıb.

“Mən özümü nə müdafiəçi, nə də vinger kimi hiss edirəm. Məqsədim yarımmüdafiəyə qayıtmaqdır. Çünki bütün həyatım boyu bu mövqedə məşq etmişəm və özümü ən rahat orada hiss edirəm. Düşünürəm ki, bu rolda özümü daha yaxşı göstərə bilərəm. Çünki İtaliyada məni hələ demək olar ki, yarımmüdafiənin mərkəzində görməyiblər”

Bununla belə, 21 yaşlı oyunçu “İnter”in baş məşqçisi Kristian Kivunun tapşırıqlarını yerinə yetirməyə hazır olduğunu vurğulayıb.

“İnter”də cinah oyunçusu kimi çıxış etmək imkanım yarandı və bu işi tərəddüd etmədən yerinə yetirirəm. Həmişə əlimdən gələnin ən yaxşısını etməyə çalışıram və bu təcrübə sayəsində çox şey öyrənmişəm. Cinahda oynamaq üçün də lazımi keyfiyyətlərim var – yaradıcılıq, yüksək intensivlik və komanda üçün fədakarlıq etməyə hazırlıq”, – deyə futbolçu qeyd edib.

Qeyd edək ki, Diuf cari mövsümdə “İnter”in heyətində 3 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Roma” səfərdə qalib gəldi
  • İtaliya S.A.
  • 23:18 14.09.2026
“Roma” səfərdə qalib gəldi