15 sentyabr 2026. Çərşənbə axşamı

“Komo” “Parma”nı darmadağın etdi və ikinci pilləyə yüksəldi


“Komo” “Parma”nı darmadağın etdi və ikinci pilləyə yüksəldi

İtaliya A Seriyasında IV turun növbəti oyunu keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, turun qarşılaşmasında “Komo” doğma meydanda “Parma” ilə üz-üzə gəlib. Sesk Fabreqasın komandası rəqibini 3:0 hesabı ilə məğlub edib.

Meydan sahibləri görüşə fəal başlayıblar. “Komo”nun hücumlarından biri 23-cü dəqiqədə qolla nəticələnib. Nikolas Pasın ötürməsindən sonra Hakobo Ramon dəqiq zərbə ilə hesabı açıb.

İkinci hissədə də hücumlarını davam etdirən meydan sahibləri 83-cü dəqiqədə fərqi artırıblar. Kaiki komandasının ikinci qolunu vurub.

“Komo”nun qələbəsini rəsmiləşdirən son qola isə David Romero imza atıb.

Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran “Komo” A Seriyasının turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Parma” isə 1 xalla 18-ci sırada qərarlaşıb.







İtaliya S.A.

“Roma” səfərdə qalib gəldi
  • İtaliya S.A.
  • 23:18 14.09.2026
“Roma” səfərdə qalib gəldi