- İtaliya S.A.
- 23:18 14.09.2026
İtaliya A Seriyasının IV turunda “Torino” və “Roma” komandaları üz-üzə gəlib.
90deqiqe.Az-ın məlumatına görə, turində keçirilən qarşılaşmada qonaqlar 2:0 hesablı qələbə qazanıblar.
Mövsümə uğurlu başlayan “Roma” ilk hissədə hesabı açıb. Doniell Malen paytaxt təmsilçisinin ilk qolunu vurub.
İkinci hissədə “Torino” hesabı bərabərləşdirmək üçün cəhdlər etsə də, “Roma” müdafiədə inamlı oynayıb. Görüşün sonlarına yaxın Nikolo Pisilli fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.
Beləliklə, “Roma” mövsümdə dördüncü qələbəsini qazanaraq xallarının sayını 12-yə çatdırıb və A Seriyasının turnir cədvəlinə başçılıq edir. “Torino” isə 3 xalla 14-cü pillədə qərarlaşıb.