- İtaliya S.A.
- 00:58 15.09.2026
İtaliya A Seriyasının IV turunda “İnter” və “Udineze” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, Milanda keçirilən görüşdə meydan sahibləri 5:3 hesablı əzmkar qələbə qazanıblar.
“Udineze” matça sürpriz start verib. Qonaqlar ilk 10 dəqiqədə iki dəfə fərqləniblər. 9-cu dəqiqədə Ceyms Abankva hesabı açıb. Bir qədər sonra Yurgen Ekkelekamp “İnter”in qapısına ikinci topu göndərib.
Milan təmsilçisi fasiləyədək hesabı bərabərləşdirib. Karlos Auqusto və Nikolo Barella fərqlənərək komandalarını oyuna qaytarıblar.
İkinci hissədə isə “İnter” üstünlüyünü ələ keçirib. Markus Türam, Françesko Esposito və Anj-Yoan Bonni meydan sahiblərinin qələbəsini təmin edən qollara imza atıblar. Qarşılaşmanın sonlarında İdrissa Geye “Udineze”nin üçüncü qolunu vurub.
Bu nəticədən sonra xallarını 12-yə çatdıran “İnter” A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Udineze” isə 4 xalla 13-cüdür.