- İtaliya S.A.
- 00:58 15.09.2026
“Komo”nun baş məşqçisi Sesk Fabreqas İtaliya A Seriyasının IV turunda “Parma” üzərində qazandıqları qələbəni (2:1) şərh edib.
90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis oyunda meydana sonradan daxil olan futbolçuların çıxışından razı qaldığını bildirib.
“Bir neçə futbolçu çox yorulmuşdu. Əvəzetmələr etdik və meydana çıxan oyunçuların necə çıxış etdikləri xoşuma gəldi. Bu, komandanın vacib reaksiyası idi. Çünki bu, hər bir futbolçuya güvənə biləcəyimi göstərir. Oyundan çox razıyam.
Məşqçi kimi bu qələbə mənim üçün vacibdir. Çünki artıq hansı komandaya çevrilə biləcəyimizi anlamağa başlayıram”, – deyə Fabreqasın sözlərini “Football Italia” yayıb.
Fabreqas komandanın qarşılaşmada yaratdığı qol imkanlarına da diqqət çəkib:
“Bu mövsüm bir çox yeni amili nəzərə almalıyıq. Qapıya 31 zərbə vurub cəmi bir qol vururuqsa, aydındır ki, rəqiblər müdafiəni gücləndirmək üçün nələrisə dəyişəcəklər. Bu zaman qol buraxmaq riski də artır və nəticədə belə də oldu”.
Qeyd edək ki, bu qələbədən sonra “Komo” xallarının sayını 10-a çatdıraraq A Seriyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.