15 sentyabr 2026. Çərşənbə axşamı

Qasperini “İnter”lə oyun öncəsi danışdı


Qasperini “İnter”lə oyun öncəsi danışdı

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının növbəti turunda “İnter”ə qarşı keçirəcəkləri oyun barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı mütəxəssis komandasının son mövsümdə “İnter”ə qarşı keçirdiyi oyunları xatırladıb.

“Hazırlıq üçün bir neçə günümüz var. Ötən mövsüm komandalar arasında böyük fərq var idi. Xüsusilə cavab oyununda ağır məğlubiyyətdən sonra. Lakin məhz həmin vaxt əsl “Roma” formalaşdı. Bundan sonra nəticələrimiz, oyuna münasibətimiz və mentalitetimiz yaxşılaşdı”, – deyə Qasperini “DAZN”a açıqlamasında bildirib.

Baş məşqçi “İnter”i A Seriyasının əsas etalonu adlandırıb.

“İnter” bu liqa üçün etalondur. Güclü komandadır və hamı onu İtaliyanın ən yaxşısı hesab edir. Mən isə düşünürəm ki, “Komo” da ona yaxınlaşır. Bu, özümüzü yoxlamaq və son oyunlardakından daha yaxşı çıxış edə biləcəyimizi göstərmək üçün yaxşı fürsətdir”, – deyə Qasperini əlavə edib.

Qeyd edək ki, “Roma” 12 xalla turnir cədvəlinin lideridir. “İnter”in isə 9 xalı var və bir oyunu ehtiyatdadır.







İtaliya S.A.

“Bu qələbə mənim üçün vacibdir”
  • İtaliya S.A.
  • 00:58 15.09.2026
“Bu qələbə mənim üçün vacibdir”
“Roma” səfərdə qalib gəldi
  • İtaliya S.A.
  • 23:18 14.09.2026
“Roma” səfərdə qalib gəldi