- İtaliya S.A.
- 12:17 15.09.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının IV turunda “Torino”ya qarşı keçirilən matçdan (2:0) sonra komandanın müdafiəçisi Leonardo Balerdinin çıxışını yüksək qiymətləndirib.
90deqiqe.Az-ın məlumatına görə, "DAZN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Balerdi çox güclü, müasir tipli müdafiəçidir. O, fiziki cəhətdən güclüdür və sürətlidir. Ən böyük müdafiəçi Franko Barezi olub. Mən onları müqayisə etmirəm, amma öz mövqeyində necə oynaması və oyunda iştirakı baxımından onda eyni xüsusiyyətlər var. Əlbəttə, heç kim Barezi ilə müqayisə oluna bilməz, lakin Balerdi də bu tip müdafiəçidir”
“Roma” A Seriyasında keçirdiyi dörd oyunun hamısında qələbə qazanıb. Paytaxt təmsilçisi 12 xalla turnir cədvəlinə başçılıq edir.
Növbəti turda “Roma” “İnter”lə qarşılaşacaq. Milan klubu isə bu gün “Udineze” ilə üz-üzə gəlir. Komandalar arasında görüşün ilk hissəsi 2:2 hesabı ilə başa çatıb.