- İtaliya S.A.
- 12:17 15.09.2026
“Roma”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının IV turunda “Torino”ya qarşı keçirilən matçda (2:0) hücumçu Doniell Malenin ikinci hissənin əvvəlində əvəzlənməsinin səbəbini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, "DAZN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.
“Bizə heyətdəki bütün futbolçuların inkişaf etməsi və əlavə güc qazanması lazımdır. Bu, səkkiz gün ərzində keçirdiyimiz üçüncü oyundur. Futbolçuların mütəmadi olaraq 90 dəqiqə meydanda qalmasına imkan vermək olmaz”
“Əgər onlara 20-30 dəqiqə istirahət verməyi bacarsaq, uzunmüddətli perspektivdə bu, böyük əhəmiyyət daşıya bilər. Həmçinin Dibalа və Malenin arxasında olan futbolçuların da inkişaf etməsinə və vacib rol oynamağa hazır vəziyyətə gəlməsinə ehtiyacımız var. Buna nail olsaq, bütün komanda daha da güclənəcək”, – deyə mütəxəssis əlavə edib.
Qeyd edək ki, niderlandlı futbolçu qarşılaşmada komandasının ilk qolunu vurub. Bununla da Mаlen çempionatın ilk dörd turunda qollarının sayını altıya çatdırıb.Bu qələbədən sonra “Roma” 12 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir.