- İtaliya S.A.
- 00:36 16.09.2026
İtaliyanın “Bolonya” klubunda baş məşqçi Domeniko Tedeskonun gələcəyi ilə bağlı qərar verilib.
90deqiqe.Az-ın məlumatına görə, 41 yaşlı mütəxəssisin rəhbərliyi altında A Seriyasında 4 oyuna çıxan komanda 1 heç-heçə edib və 3 məğlubiyyətlə üzləşib. Nəticələrdən sonra klub rəhbərliyi Tedeskonun gələcəyini müzakirə etmək üçün təcili toplantı keçirib.
Məşhur insayder Matteo Morettonun yaydığı məlumata görə, görüşün yekununda Domeniko Tedeskonun baş məşqçi postundan göndərilməsi barədə qərar qəbul olunub.
“Bolonya”nın belçikalı çalışdırıcının yerinə Raffaele Palladinonu gətirəcəyi bildirilir. Beləliklə, Palladino yaxın günlərdə İtaliya klubunun yeni baş məşqçisi olacaq.