- İtaliya S.A.
- 23:58 16.09.2026
“Yuventus”un müdafiəçisi Pyer Kalulu Avropa Liqasının əsas mərhələsinin ilk turunda NEK-lə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu uğur qazanmaq baxımından bir turnirin digərindən daha asan olduğunu düşünməyin düzgün olmadığını bildirib:
“Uğur qazanmaqdan söhbət gedirsə, bir turnirin digərindən daha asan olduğunu düşünmək düzgün deyil. Avropa Liqası fərqli turnirdir və burada güclü komandalarla qarşılaşacağıq. Bu, bizim yolumuzdur və onu sona qədər keçməliyik”.
Kalulu şəxsi hədəfləri barədə də danışıb:
“Mənim məqsədlərim var, amma hələlik onları özümə saxlayacağam. Ola bilsin ki, mövsüm ərzində daha sonra bu barədə danışım. Bilirəm ki, hələ potensialımın son həddinə çatmamışam və inkişaf etməyə davam etmək istəyirəm”, – deyə müdafiəçi qeyd edib.
Qeyd edək ki, “Yuventus” – NEK qarşılaşması sentyabrın 17-də Avropa Liqasının əsas mərhələsinin ilk turu çərçivəsində keçiriləcək.