18 sentyabr 2026. Cümə

Amorimin “Milan”dakı gələcəyi ilə bağlı qərar


Amorimin “Milan”dakı gələcəyi ilə bağlı qərar

“Benfika”ya Avropa Liqasında məğlubiyyətdən sonra “Milan”ın baş məşqçisi Ruben Amorimin istefaya göndərilməsi gündəmdə deyil.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Football Italia” məlumat yayıb.

“Milan” mövsümə “Torino” və “Venesiya” üzərində qələbələrlə başlayıb. Lakin sonrakı nəticələrdən sonra Amorimin komandadakı işi və layihənin inkişaf istiqaməti ilə bağlı suallar yaranıb.

Komandanın oyunun əsas komponentlərində problemlər yaşadığı bildirilir. “Milan” müdafiədə inamlı təsir bağışlamır, hücumda isə yetərincə effektiv görünmür. Azarkeşlər də baş məşqçinin oyunlar üçün heyət seçimlərindən və əsas heyətdə tez-tez dəyişikliklər etməsindən narazılıqlarını ifadə edirlər.

Gözlənilir ki, klubun sahibi Cerri Kardinale cümə axşamı Amorimlə son nəticələri və komandanın gələcək inkişaf istiqamətini müzakirə edəcək.

Bununla belə, “La Gazzetta dello Sport”un məlumatına görə, mövsümün ilk beş oyunundan sonra portuqaliyalı mütəxəssisin istefaya göndərilməsi nəzərdə tutulmur. Klub rəhbərliyi Amorimi uzunmüddətli layihə üçün uyğun baş məşqçi hesab etməkdə davam edir.







İtaliya S.A.

“Daha yaxşı oynamalıyıq”
  • İtaliya S.A.
  • 23:58 16.09.2026
“Daha yaxşı oynamalıyıq”
“Bu qələbə mənim üçün vacibdir”
  • İtaliya S.A.
  • 00:58 15.09.2026
“Bu qələbə mənim üçün vacibdir”